Bir müddət öncə “Qədim qala”x9d nəşrlər evinin çap etdirdiyi kitablar piratçıların "qara siyahı"sına düşmüşdü. Nəşriyyatın kitab piratçıların hədəfində olan xa0məhsulları qeyri-qanuni yolla çap edilərək, bazara buraxılırdı. Nəşriyyat yalnız müəyyən vaxtdan sonra bundan xəbər tutdu.
xa0“Qədim qala”x9d nəşriyyatının icraçı direktoru Fərhad Abdullaoğlu Moderator.az saytına açıqlamasında piratçıların son hücumundan sonra onların qanunsuz hərəkətlərinə xa0qarşı xüsusi tədbirlər gördüklərini vurğulayıb:
“Əlimizdən gələni edirik ki, bu kimi hallar baş verməsin. Mütəmadi kitabçıların yoxlanılması, dükançılarla gözəl ünsiyyət, oxucuların baş verənlərdən xəbərdar etmək, onların köməyindən istifadə etməklə bu halların qarşısını almağa çalışırıq.
Piratçılar xa0hazırda üzdə bu işlə məşğul olmurlar. Altdan-altdan da bu işi görməmələri üçün, oxucuların köməyindən istifadə edirik və özümüz dükanlara başqa nəfərlər göndərməklə reydlər edirik”x9d.
F. Abdullaoğlu piratçılarla mübarizədə sadaladıqları işlərlə kifayətlənmədiklərini, alternativ tədbir vasitələrinə də əl atdıqlarını qeyd edir. Amma nəşriyyat bütün hallarda öncə oxuculara güvənir:
“Ancaq bununla da kifayətlənmirik, alternativ yollar haqqında düşünürük. Bir neçə alternativ vasitələrdən də istifadə edəcəyik. İlkin olaraq, kitablarımızın ilk səhifələrinə nəşriyyatın rəsmi möhürünü vurmağa başlamışıq. Ancaq başqa vasitələr də həyata keçirməyi düşünürük. Əgər bu mərhələdə kitab piratçılığı dayanmazsa, onda başqa yolları nəzərdən keçirəcəyik. Ancaq dayanmaq yoxdur! Bu işbazlar meydanı boş görsələr, həmən öz fəaliyyətlərini bərpa edəcəklər. Ən əsası da, oxucularla maarifləndirmə işləridir. Oxucu yazarın əməyinə dəyər verərsə, pirat kitablara qaçmazsa, o kitabları pirat formada çap etmək heç bir işbaza sərf etməyəcək. Biz də öz oxucumuza inanırıq”x9d.
Nəşriyyatın oğurluğa məruz qalan əsas kitabı bu ilin bestselleri olan Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur”x9d romanıdır. İcraçı direktorun sözlərinə görə, adıçəkilən müəllifin bu il daha bir kitabı çapdan çıxacaq ki, onun da bestsellerə çevrilmə və piratçıların hədəfində olma ehtimalı çox yüksəkdir. Amma “Qədim qala”x9d artıq indidən xüsusi tədbirlərə əl atıb:xa0
“Hələlik bir kitabımızın qanunsuz çapından xəbərdarıq. O da Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" romanıdır. xa0Roman bu ilin bestsellerinə çevrilib. Hazırda ən çox oxunan, haqqında ən çox danışılan kitabdır. Ona görə də bu kitabın başqalarını da maraqlandırması təəccüblü deyil. Satılmayan bir kitabı kim pirat formada çap etsin ki?
Bu işdə oxucularla birgə işləmək çox mühümdür. Oxucular öz yazıçılarını sevməlidirlər və onlar da bu mübarizədə daima öz yazıçılarını dəstəkləməlidirlər. Bizim yaxında digər bir kitabımız nəşr olunacaq: “Relslər üzərində uzanmış adam”x9d romanı. Bu kitabın da qısa ilk aylardan bestseller olacağından əminik. Çox fərqli və möhtəşəm kitabdır. Bu kitabın da işbazların ovuna çevrilməməsi üçün biz indidən əlimizdən gələni edirik. İşbazlarla mübarizəni müxtəlif cəbhələrdə aparırıq, həm qanuni müstəvidə, həm kitabçılar, həm oxucular, həm də bir nəşriyyat olaraq. Daha keyfiyyətli kitab çap etməklə, kitabın üz qapağında fərqli dizayndan istifadə etməklə və s. yollarla qanunsuz çapın qarşısını almağa çalışırıq. Bir çoxları bəlkə də düşünür ki, piratçılığın qarşısını almaq mümkün deyil. Ancaq bu heç də elə deyildir. Hər şey mümkündür, sadəcə yorulmadan mübarizə aparmaq lazımdır. Meydanı boş qoymaq olmaz!”x9d
Elmin Nuri


































































































