Türkiyənin Antalya şəhərində xa0yerli ticarət mərkəzlərindən birində keçirilən moda nümayişi marağa səbəb olub.
Adətən moda sərgisi dedikdə bir birindən zərif modellərin podyumda yeriməsi nəzərdə tutulsa da, bu dəfə modellər podyumda yox, divarda yeriyib.
20 metr eni, 15 metr hündürlüyü olan divarı moda podyumuna çevirən təşkilatçılar qeyri-adi nümayişə avropadan bir neçə modeli də dəvət edib. Təhlükəsizlik xa0kəməri ilə xa0divar üzərində yeriyən modellərlə yanaşı, Almaniyanın Şouboks qrupunun akrobatik rəqsləri də moda nümayişinə rəng qatıb.
Şaquli moda nümayişində türkiyəli xa0məşhur müğənni Ayşə Hatun Önalın da iştirakı diqqət çəkib. Səhnəyə divar üzərində yeriyərək enən Önal qısa konsertdən sonra verdiyi açıqlamada çox qorxduğunu gizlətməyib.
Moda nümayişlərində xa0müxtəlif geyim markalarının məhsulları reklam olunsa da, xa0türklərin məqsədi xa0dəfilənin təşkil olunduğu ticarət mərkəzinə diqqət çəkmək olub.






























































































