Kerrinin Suriya üçün yeni xüsusi nümayəndəsi İsraildəndir

Kerrinin Suriya üçün yeni xüsusi nümayəndəsi İsraildəndir

Hazırda oxunan: Kerrinin Suriya üçün yeni xüsusi nümayəndəsi İsraildəndir

87804

Moderator.az-ın verdiyi xəbərə görə, ABŞ xarici işlər naziri John Kerry, Suriya Xüsusi Nümayəndəliyi vəzifəsinə Michael Ratneyi təyin edib. Kerryinin Suriya üçün təyin etdiyi xüsusi nümayəndə İsraildə ABŞ səfirliyində vəzifədə idi.

ABŞ xarici işlər naziri John Kerry, etdiyi yazılı açıqlamada, Michael Ratneyi Qüdsdə ABŞ səfirliyindəki vəzifəsi əsnasında tanıdığını ifadə edib.

Kerry, Ratneyin zəkası, bölgəyə istiqamətli dərin məlumatı və inzibati qərarlarından təsirləndiyini söyləyib.

Michael Ratneyin kariyerası boyunca İraq, Livan, Mərakeş və Qatar kimi ölkələrdə qocaman diplomat olaraq vəzifə etdiyini söyləyən Kerry, Ratneyin sələfi Daniel Rubinsteinın Suriyadakı kompleks və dağıdıcı vətəndaş müharibəsinə istiqamətli işlərini davam etdirəcəyini ifadə edib.

Kerry axıcı şəkildə Ərəbcə danışan Ratneyin önümüzdəki həftələrdə bölgəyə gedəcəyini ifadə edib.

Daniel Rubinstein 2014-cü ilin mart ayında vəzifəsinə təyin edilmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO