ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb
Moderator.az -ın xarici mətbuata istinadən verdiyi xəbərə görə. hadisə nəticəsində 3 nəfər həyatını itirib.
ABŞ-ın Boston şəhərində kiçik bir təyyarənin evin üstünə düşməsi nəticəsində təyyarədəki 3 nəfər həyatını itirib. Federal Aviasiya İdarəsindən Jim Peters, Beechcraft BE36 tipli təyyarənin axşam saatlarında şəhərin cənub-qərbindəki Plainvilledə bir evə çırpıldığını və təyyarədə olan pilot və iki nəfərin həyatını itirdiyini açıqlayıb. Peters, evdəkilərin, çırpılmanın təsiriylə çıxan yanğından yara almadan xilas olduğunu söyləyib. Pensilvaniyada olan Lancaster Aerodromda yola çıxan təyyarənin Norwood Memorial Hava limanına doğru getdiyi bildirilib. Xilasetmə qruplarının hadisə səbəbiylə çıxan yanğını 3 saat sonra söndürə bildiyi qeyd olunub.







































































































