Yanacaqdoldurma mərkəzini soyan soyğunçunu "r" hərfi ələ verib.
Moderator.az xəbər verir ki, bu maraqlı hadisə Türkiyənin İzmir şəhərində baş verib. Belə ki, üzündə qara rəngdə maska olan soyğunçu, yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək, kassada olan bütün pulları götürüb. İçəridə olan işçilərə isə toxunmayıb. Bədəninin hər yeri qapalı olan şəxsin kimliyini müəyyən etmək qeyri-mümkün olub.
Amma yanacaqdoldurma məntəqəsinin işçiləri bir müddət sonra, soyğunçunun danışan zaman "r" hərfini deyə bilmədiyini xatırlayıblar: "O, içər girərək, "Bu bir soyqunduğ" dedi. O zaman onun "r" hərfini deyə bilmədiyini anladıq". Polislər bu izlə axtarışa başlayıblar. Amma heç nə əldə edə bilməyiblər.
Hadisənin üzərindən bir müdət keçdikdən sonra, İzmir polisi narkotik alveri ilə məşğul olan bir quruplaşmanı zərərsizləşdirib. Onlardan birinin "r" hərfini deyə bilməməsi, hər şeyi ortaya çıxarıb.
Polislər bu şəxsi sorğu-suala çəkiblər. O da ifadə verən zaman hər şeyi etiraf edib.



































































































