Rusiyada bu qadınlarla evlənmək qadağandır – Qanun

Rusiyada bu qadınlarla evlənmək qadağandır – Qanun

Hazırda oxunan: Rusiyada bu qadınlarla evlənmək qadağandır – Qanun
626954
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Dövlət Duması miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi çərçivəsində yaşlı qadınlarla saxta nikahlar vasitəsilə Rusiya vətəndaşlığının alınması imkanlarını bağlayan yeni qanun qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib. 

Spiker qanunvericilikdəki bu boşluqların tamamilə aradan qaldırıldığını bildirib.

"Nizam-intizam yaratmaq lazım idi... Əvvəllər saxta nikahlar üçün mövcud olan çoxsaylı əsaslardan imtina etmək vacib idi. Bu, gəlmələrin 80 və daha yuxarı yaşda olan qadınlarla nikah rəsmiləşdirməsi halları idi. İndi bütün bu boşluqlar kökündən ləğv olunub", – deyə Volodin vurğulayıb.

Düzəlişlər miqrasiya nəzarətinin gücləndirilməsinə yönəlmiş qanun layihəsi çərçivəsində ikinci və üçüncü oxunuşda qəbul edilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO