Yaponiyada mövsümi yağışların başa çatmasından sonra ölkə ərazisində müşahidə olunan rekord istilərlə əlaqədar Yaponiyanın Meteorologiya Agentliyi 41 prefekturada günvurma (istivurma) təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Ölkənin bir çox bölgəsində termometrlər rekord göstəricilər qeydə alıb.
Məlumata görə, Mie prefekturasının Kuvana şəhərində hava temperaturu 40,5 dərəcəyə, Şidzuoka prefekturasının Hamamatsu şəhərində 40,1 dərəcəyə çatıb, digər bir çox şəhərlərdə isə 39 dərəcəni keçib. Bu səbəbdən 41 prefekturanın sakinlərinə istivurmadan qorunmaq üçün təhlükəsizlik tədbirlərinə riayət etmək tapşırılıb.
Üstəlik, meteoroloqlar yeni tətbiq edilən “amansız isti gün” xəbərdarlığını ilk dəfə elan ediblər.
Yerli mütəxəssislər əhaliyə məcbur qalmadıqca uzun müddət açıq havada qalmamağı və bol miqdarda maye qəbul etməyi tövsiyə edirlər.
Tokio Yanğından Mühafizə İdarəsinin verdiyi son məlumata görə, ölkə üzrə artıq 287 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:52 / 23.07.2026
İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər
Hazırda oxunan: İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər
Hazırda oxunan: İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər
626952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































