Fransadan İsrailə ŞOK QADAĞA: Maliyyə nazirinin ölkəyə girişi qadağan edildi

Fransadan İsrailə ŞOK QADAĞA: Maliyyə nazirinin ölkəyə girişi qadağan edildi

Hazırda oxunan: Fransadan İsrailə ŞOK QADAĞA: Maliyyə nazirinin ölkəyə girişi qadağan edildi

618257

Fransa beynəlxalq müttəfiqləri ilə birgə hərəkət edərək, işğal altındakı İordan çayının qərb sahilində baş verən zorakılıqlarla bağlı koordinasiyalı milli sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

"Bu gün britaniyalı, kanadalı, avstraliyalı, yeni zelandiyalı və norveçli tərəfdaşlarımızla birlikdə işğal altındakı Qərb sahilində kolonizasiyanın (məskunlaşmanın) intensivləşməsinə və zorakılığa görə məsuliyyət daşıyan şəxslərə qarşı yeni sanksiyalar tətbiq edirik", – deyə Fransa XİN rəhbəri özünün "X" sosial şəbəkə hesabında yazıb.

Barronun sözlərinə görə, Fransa İsrailin maliyyə naziri Betsalel Smotriçə, məskunlaşma təşkilatlarının dörd liderinə, həmçinin zorakılıq aktlarında əli olan 21 nəfərə ölkəyə giriş qadağası qoyub.

Fransa xarici işlər naziri bəyanatına bunları da əlavə edib:

"Betsalel Smotriç açıq şəkildə bəyan etdiyi kimi, Qərb sahilinin ilhaq edilməsinə (anneksiyasına), orada yeni məskunlaşma məntəqələrinin salınmasına, Qəzza sektorunun yenidən kolonizasiyasına, eləcə də Fələstin Milli Administrasiyasının iqtisadi iflasına və bunun fələstinli əhali üçün ağır nəticələrinə fəal şəkildə rəvac verir. Bu, iki dövlətin dinc yanaşı yaşaması prinsipinə qətiyyətlə sadiq olan beynəlxalq birliyin böyük əksəriyyətinin qəbul edə bilməyəcəyi bir siyasətdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO