Dünyanın ən varlı və mafioz ermənilərindən biri tutuldu

Dünyanın ən varlı və mafioz ermənilərindən biri tutuldu

Hazırda oxunan: Dünyanın ən varlı və mafioz ermənilərindən biri tutuldu

50088
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvada dünyanın ən varlı ermənilərindən biri olan Levon Ayrapetyanı həbs edib.
Virtualaz.org saytı “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, əməliyyat “kinqisepski” cinayətkar qruplaşmasının fəaliyyəti ilə bağlı istintaq çərçivəsində həyata keçirilib.
Rusiya xüsusi xidmət orqanlarındakı mənbə bildirib ki, Levon Ayrapetyan FTX əməkdaşları tərəfindən iyulun 15-də “Domodedovo” aeroportunda həbs edilib. Erməni milyarder Moskvaya Monakodan uçubmuş.
Əks-kəşfiyyatçılar erməni milyarderi dindirmək üçün güclü mühafizə altında Rusiya İstintaq Komitəsinə aparıblar. Orada onun həbs edildiyi elan olunub. Yaxın vaxtlarda Moskvanın Basmannıy Rayon Məhkəməsi Ayrapetyanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarmalıdır.
Ayrapetyanın həbs edilməsi kriminal avtoritet Sergey Finqainin başçılıq etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyəti ilə bağlıdır. Erməni oliqarxın bu cinayətkar qruplaşmaya bağlı olduğu haqda keçmiş senator İqor İzmestyev istintaqa
ifadəsində bildirib. Hazırda İsmestyev ömürlük həbs cəzası çəkir.
Levon Ayrapetyan dünyanın 10 ən varlı ermənisindən biridir. O, dünya miqyasında uydurma “erməni soyqırımı”nın tanınması üçün lobbi fəaliyyətləri həyata keçirən əsas fiqurlardandır və bu işə böyük maliyyə ayırır.
Həmçinin Levon Ayrapetyan Qarabağ ermənilərinə milyonlarla dollar maliyyə yardımı ayırıb və dəfələrlə Azərbaycanın işğal altındakı ərazilərində olub. O, qondarma “DQR” rəhbərliyinin əsas sponsorlarından biridir. Ayrapetyan Ağdərənin Vəng kəndində doğulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO