Tehranda dəhşətli cinayət: Polis iki qızı şkafda, birinin cəsədini isə plastik kisədə tapdı – VİDEO

Hazırda oxunan: Tehranda dəhşətli cinayət: Polis iki qızı şkafda, birinin cəsədini isə plastik kisədə tapdı – VİDEO

49901

Dekabrın 8-də evlərindən qaçan qızlara işkəncə verən bacı və qardaş həbs edilib.

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, bu haqda informasiyanı Tehran şəhər polis idarəsinin rəisi Hüseyn Rəhimi yayıb.

Onun sözlərinə görə, qatil bacı-qardaşın evində aparılan axtarış əməliyyatı zamanı evdən dözülməz vəziyyətdə şkafda saxlanılan iki gənc qız və vintaçanla başından aldığı zərbələr nəticəsində ölən bir qızın cəsədi tapılıb.

O bildirib ki, həmin bacı-qardaş cavan qızları aldadaraq evə gətirib, daha sonra qarət edərək onlara cinsi zorakılıq və təcavüz ediblər.

Qeyd edək ki, hadisə qonşuların evdən xoşagəlməz qoxu gəldiyi üçün polisə xəbər verməsi nəticəsində aşkar olunub.

Əldə olunan məlumata əsasən, evdə saxlanılan qızlardan biri 8 ay, digəri isə 3 il kölə kimi saxlanılırmış.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO