Yens Stoltenberq:

Yens Stoltenberq: "Avropa Birliyi NATO-nu əvəz edə bilməz"

Hazırda oxunan: Yens Stoltenberq: "Avropa Birliyi NATO-nu əvəz edə bilməz"

251845
“Avropa Birliyinin müdafiə təşəbbüsləri NATO-nu əvəz edə bilməz”.

Bu barədə NATO-nun baş katibi Estoniyanın “Postimees” qəzetinə verdiyi müsahibədə səsləndirib.

“Avropa vəhdətini transatlantik vəhdətlə əvəzləmək mümkün deyil. Xüsusilə “Breksit”dən sonra NATO-nun müdafiə xərclərinin 80%-nin Avropa Birliyi üzvü olmayan ölkələrdən gəldiyi bir vaxtda...”- deyə Yens Stoltenberq qeyd edib.
Stoltenberq NATO-nun Baltikyanı ölkələrdə dislokasiya edilən 4 tabordan üçünün ya Avropa Birliyi olmayan ölkələrə (ABŞ və Kanada), ya da Birlikdən çıxmağa hazırlaşan Böyük Britaniyaya məxsus olduğunu bildirib.

“Türkiyə cənubda İŞİD-lə savaşdan, Norveç və İslandiya isə Rusiyanın Atlantik okeanın şimal hissəsində sualtı donanmalara malik olmalarından, habelə Transatlantik əlaqənin açıq və təhlükəsiz şəkildə saxlanmasından ötrü əsas yeri tuturlar. ABŞ, Kanada və Böyük Britaniya təkcə öz ölçülərinə görə deyil, həm də yerləşəmə mövqelərinə əsasən əhəmiyyət daşıyırlar”- deyə baş katib vurğulayıb.

Bununla bərabər Y.Stoltenberq Avropa Birliyinin müdafiə qabiliyyətini möhkəmlətməklə bağlı irəli sürülən təşəbbüsləri alqışladığını söyləyib.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO