
- A-
- A
- A+
Dünya
20:15 / 15.07.2018
1 dəq oxunma
Futbol üzrə Dünya Çempionatının bağlanış mərasimi keçirilib - FOTO
Hazırda oxunan: Futbol üzrə Dünya Çempionatının bağlanış mərasimi keçirilib - FOTO
232963
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatının bağlanış mərasimi keçirilib.
APA-nın xüsusi müxbirinin " Lujniki"xa0 stadionundan verdiyi xəbərə görə, bağlanış mərasimi yerli vaxtla saat 17:30-da başlayıb və 15 dəqiqə davam edib.
Bağlanış mərasimi üçün təşkil olunan xüsusi səhnəyə dünya ulduzları Niki Cem və Era İstrefi çıxıblar. Daha sonra onlara Hollivud ulduzu Uil Smit qoşulub.
Onları ifalarından sonra səhnəyə turnirin talismanı olan Zabivaka və dünyaca məşhur rus opera müğənnisi Aida Qarifulina çıxıb. "Kalinka" mahnısı ifa edən Qarifulinanı dünyaca məşhur braziliyalı Ronaldinyo stadionda müşayiət edib.
Sonda sonuncu dünya çempionu Almaniyanın kapitanı olmuş Filip Lam Dünya Kubokunu stadiona gətirib.
Moskva vaxtı ilə saat 18:00-da mundialın Xorvatiya və Fransa milli komandaları arasında olan final matçı başlayıb.
Qeyd edək ki, Rusiyanın 11 şəhərində keçirilən futbol üzrə Dünya Çempionatı iyunun 14-də başlayıb.xa0



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































