Duterte öpüş qalmaqalından sonra istefaya getməyə hazırdır

Duterte öpüş qalmaqalından sonra istefaya getməyə hazırdır

Hazırda oxunan: Duterte öpüş qalmaqalından sonra istefaya getməyə hazırdır

228168
Evli qadını dodağından öpən Filippin prezidenti Rodriqo Duterte istefaya getməyə hazır olduğunu bildirib.xa0

Bununla bağlı Reuters agentliyi məlumat yayıb. Dutertexa0 ona qarşı ittihamlara cavab vermək qərarına gəlib.xa0 O bildirib ki, baş verənlər Cənubi Koreyadakı görüş iştirakçılarını əyləndirmək üçün “təmiz şou” idi.xa0

“Kifayət qədər qadın var. Düşünürəm ki, əgər qadınlar mənim istefam üçün petisiya imzalasalar, mən gedəcəm”, - prezident deyib.xa0 Duterte qeyd edib ki, qadınlarla öpüşmək onun stilidir və o, Davao meri olduğu 22 il ərzində bunu edib.xa0

“Mer olduğum zaman bütün qadınları dodağından öpürdüm. Əsas məsələ odur ki, siz məni tanımırsız”, - o bildirib.xa0

Xatırladaq ki, Cənubi Koreyada səfərdə olan 73 yaşlı Duterte iyunun 3-də bəyan edib ki, kim onu dodağından öpsə, həmin adama “Sirlər qurbanı: Filippin katolik kilsəsində seks, siyasət və pullar” kitabını verəcək.xa0 Səhnəyə iki qadın çıxıb. Onlardan biri prezidenti dodağından öpüb, digəri isə yanağından öpülməyə razılaşıb. (Oxu.Azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO