İsveçdə 1 milyon insan kilsə üzvlüyündən imtina edib

İsveçdə 1 milyon insan kilsə üzvlüyündən imtina edib

Hazırda oxunan: İsveçdə 1 milyon insan kilsə üzvlüyündən imtina edib

213592
İsveçdə son 10 ildə 1 milyon insan kilsə üzvlüyündən imtina edib.

Bu xəbəri İsveçin SVT televiziyası yayıb.

Televiziyaya açıqlama verən İsveç Kilsə Məclisinin rəhbəri Börje Holgersson, son 10 ildə iqtisadi böhran keçirən İsveç kilsəsinin yüzlərlə kilsəni satışa çıxardığını qeyd edib.

Xəbərlərin mətbuata sızmasında sonra, İsveç Kilsəsinin baş yepiskopu Anje Jackelexa0 əsas hədəf olub. Belə ki, radikal sağçılar etdikləri paylaşımlarda, Jackeleni "İslam dinini və peyğəmbərini öyməkdən başqa bir şey etmədiyinə və satılan kilsələrə sahib çıxmadığına" görə tənqid ediblər.

Qeyd edək ki, bundan illər öncə Jackele, Morgonbladet qəzetinə verdiyi müsahibədə ''Məhəmməd saxta bir peyğəmbər deyildir. Müsəlmanlar və xristianlar eyni Allaha inanır. Məhəmməd peyğəmbərin bu gün də milyonlarla insana ədalət, sülh və ilham qaynağı olduğunu düşünürəm" ifadələrini işlətmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO