Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb - ANBAAN VİDEO 

Hazırda oxunan: Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb - ANBAAN VİDEO 

184624

Sevastopol yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə şəhərin meri Mixail Razvojayev özünün teleqram kanalında məlumat verib.

Məlumata görə, təyyarə havada olarkən anidən alışıb və dənizə düşüb.

“Hərbi təyyarə eniş edərkən heç bir mülki obyektə ziyan dəyməyib. Pilot qəza öncəsi özünü təyyarədən ata bilib. O, Sevastopol Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən sahildən iki yüz metr aralıda tapılıb.Pilot həyatdadır”, - deyə mer qeyd edib.
Rusiya ictimaiyyətinin məlumatlarına görə, “dost atəşinə” məruz qalan təyyarə Su-35 qırıcısı olub. 

Hərbi təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO