Yeni Kaledoniyadakı aksiyalarda İlham Əliyevin və "Dəmir Yumruğ"un plakatları qaldırıldı – FOTO 

Hazırda oxunan: Yeni Kaledoniyadakı aksiyalarda İlham Əliyevin və "Dəmir Yumruğ"un plakatları qaldırıldı – FOTO 

183576

Martın 20-21-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində etiraz aksiyası keçirilib.

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.

Aksiyada çıxış edən Yeni Kaledoniya parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie-Line Sakilia beynəlxalq ictimaiyyəti kanaklara dəstək olmağa çağırıb: 

"Azərbaycana kanak əhalisinin müstəqillik və suverenliyi uğrunda apardığı mübarizəyə dəstək verdiyinə görə təşəkkürümüzü ifadə edirik. Biz Bakı Təşəbbüs Qrupuna da beynəlxalq ictimaiyyətin diqqətini bizim problemizə cəlb etməyə yardım göstərdiyi üçün minnətdarlığımızı ifadə edirik".

Yeni Kaledoniyanın Populyar Nəşrlər Assosiasiyasının prezidenti Brenda Hanthipe Vanabo isə bildirib ki, Fransa dövləti kanakları müstəmləkəçilikdən azad olmaması üçün sıxmaqda davam edir:

"Mübarizəmiz davam edir. Azərbaycana apardığımız mübarizəyə verdiyi dəstəyə görə təşəkkür edirik".

Kanak təmsilçisi Devi Nikolas Bolo hazırda əhalinin müstəmləkə repressiyasına qarşı səfərbər olduğunu qeyd edib:

"Buranın ilk əhalisi olan kanaklar bu gün Fransa dövləti tərəfindən sıxışdırılır. O, Azərbaycanın müstəqillik və suverenlikləri uğrunda apardıqları mübarizədə kanak əhalisinin yanında olduğunu qeyd edib: 

"Bu dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk".

Aksiyalarda Prezident İlham Əliyevin və "Dəmir Yumruğun" fotolarının əks olunduğu plakatlar qaldırılıb, Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb, hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.

Qeyd edək ki, son vaxtlarda keçirilən Yeni Kaledoniyada keçirilən etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Azərbaycan bayraqları dalğalandırılır.













Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO