Ukrayna PUA-ları Sankt-Peterburq, Voronej və Ryazanda kabus yaratdı - VİDEO

Hazırda oxunan: Ukrayna PUA-ları Sankt-Peterburq, Voronej və Ryazanda kabus yaratdı - VİDEO

182333

Ukrayna PUA-ları Rusiyanın Sankt-Peterburq, Voronej və Ryazan vilayətlərinə hücum edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, Voronej vilayətində yerli sakinlər partlayışlar və atışma səsləri barədə məlumat veriblər. Qubernatorun sözlərinə görə, bir gecədə 30-dan çox PUA vurulub.

Ən çox Buturlinovka şəhəri hücuma məruz qalıb. 4 kilometr aralıda hərbi aerodromun olduğu deyilir.

Leninqrad vilayətinin qubernatoru bildirib ki, Kirişi rayonunda KINEF zavoduna yaxınlaşan təyyarə tipli PUA vurulub.

Onun sözlərinə görə, istehsalat normal işləyir. Tələfat və dağıntı yoxdur. Qəza yerində fəsadlar lokallaşdırılaraq aradan qaldırılıb.

Ukrayna pilotsuz təyyarələri Ryazan şəhərində neft emalı zavoduna hücum edib. Nəticədə zavodda güclü yanğın baş verib.
 


 
 
Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO