İŞİD terror qruplaşmasının üzvləri Türkiyənin baş nazir Əhməd Davudoğluna qarşı terror aktı hazırlayıblar.
Moderator.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.xa0
Türkiyənin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Konya vilayətində həyata keçirilən xüsusi əməliyyat çərçivəsində İŞİD terror təşkilatının 9 üzvü saxlanılıb, onların sırasında bir qadın da olub.xa0
Yaraqlıları dindirilən zaman müəyyən edilib ki, terror aktı keçən həftə baş nazirin Konyaya səfəri zamanı həyata keçirmək planlaşdırılırdı. Amma gücləndirilmiş təhlükəsizlik tədbirlərinə görə, onlar Davudoğlunun əyalət sakinləri qarşısında çıxış etdikləri meydana daxil ola bilməyiblər.































































































