ABŞ-da göldə gizlənən oğrunu timsah yedi

ABŞ-da göldə gizlənən oğrunu timsah yedi

Hazırda oxunan: ABŞ-da göldə gizlənən oğrunu timsah yedi

110530
ABŞ-ın Florida ştatında oğurluqda şübhəli bilinən şəxsi göldə timsah yeyib. 

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, noyabrın 13-də Berfut-Bey qəsəbəsinin sakinləri polisə evlərinin ətrafında mütəmadi olaraq iki şübhəli şəxsin gəzdiyi barədə məlumat veriblər.

Polis axtarışa başlayaraq, oğruların izinə düşüb. Cinayətkarların axtarışına polis itləri və vertolyot da cəlb edilib. Lakin caniləri tutmaq mümkün olmayıb.

Elə həmin ərəfələrdə Palm-Bey sakini 22 yaşlı Metyu Riqqins itkin düşüb. Onun cəsədi 10 gün sonra göldə tapılıb. 

Ekspertiza göstərib ki, Riqqinsə timsah hücum edib. 3,4 metr uzunluğu olan timsahın mədəsindən insan bədəninin hissələri tapılıb.

Polis rəisinin sözlərinə görə, Riqqins öz rəfiqəsini oğurluğa gedəcəyi barədə əvvəlcədən xəbərdarlıq edib. O izinə polis itlərinin düşdüyünü görüb və izi itirmək üçün suya girib. 

Lakin bu qərar sonda faciə ilə nəticələnib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO