Türkiyə tarixinin ən böyük narkotik əməliyyatı”¦  - FOTO

Türkiyə tarixinin ən böyük narkotik əməliyyatı”¦ - FOTO

Hazırda oxunan: Türkiyə tarixinin ən böyük narkotik əməliyyatı”¦ - FOTO

107188
Türkiyə Daxili İşlər Nazirliyinin Hatay bölgəsində təşkil etdiyi iki cinayət-axtarış əməliyyatında, 10 milyon 926 min ədəd narkotik həb ələ keçirilib.xa0

MİT-in Narkotik Əleyhinə Mübarizə İdarəsinin rəhbərliyi isə beynəlxalq səviyyədə istintaq işi başladıb. Narkotik ticarətində şübhəli bilinən qruplar təqib edilib və noyabrın 18-də, yerli vaxtla saat 18:30-da polis qüvvələrinin iştirakı ilə əməliyyat keçirilib.
xa0
Narkotik axtarışında istifadə olunan itlərin də iştirak etdiyi əməliyyatda Suriyada emal edilərək, Türkiyə üzərindən dəniz yolu ilə Körfəz ölkələrinə göndərilməsi üçün nəzərdə tutulan təxminən 1300 yük maşını və 7 milyon 326 min ədəd narkotik həb ələ keçirilib.

Əməliyyat çərçivəsində həmçinin, noyabrın 19-da yerli vaxtla saat 18.00-də yenə də xa0Hatay bölgəsinin mərkəzində bir anbarda qəfil axtarış əməliyyatı keçirilib. Nəticədə qablaşdırılmış və satışa hazır halda olan 3 milyon 600 min ədəd narkotik həb tapılıb.


Polis basqınında cinayətkar qruplaşmanın təşkilatçısı və Suriyada istehsal olunan narkotik həbləri Türkiyə üzərindən nəqlini koordinasiya edən Suriya əsilli bir şəxslə, 2 nəfər Türkiyə vətəndaşı nəzarətə alınıb.

10 milyon 926 min (1 ton 831 kiloqram) ədəd narkotik həbin ələ keçirilməsi ilə nəticələnən bu əməliyyat indiyə qədər Türkiyə tarixində ən böyük narkotik əməliyyatı hesab edilir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO