ABŞ-da zombi-apokalipsisdən qorunmaq üçün ən yaxşı şəhərlər seçilib

ABŞ-da zombi-apokalipsisdən qorunmaq üçün ən yaxşı şəhərlər seçilib

Hazırda oxunan: ABŞ-da zombi-apokalipsisdən qorunmaq üçün ən yaxşı şəhərlər seçilib

103444
Boston zombilərdən qorunmaq üçün ən yaxşı Amerika şəhəri seçilib, bu barədə CareerBuilder və EMSI-in araşdırmasına istinadən Fortune məlumat yayıb. xa0

Oxu.Az xəbər verir ki, Zombie Apocalypse Index reytinqinə ABŞ-ın əlli iri yaşayış məntəqəsi düşüb.

Ekspertlər zombilərin virusa görə ayağa qalxacaqlarını ehtimal edirlər. Siyahını tərtib edərkən mütəxəssislər səkkiz müxtəlif amili nəzərə alıblar.

Əsasən onlar şəhərin virusdan nə dərəcədə müdafiə və müalicə oluna biləcəyini, epidemiya zamanı orada ərzaq məhsullarının yetərli olacağını, və ssenarinin inkişaf edəcəyi ən pis halda yaşayış məntəqəsinin zombi hücumuna tab gətirə biləcəyini öyrəniblər.

Birinci yer Bostona, ikinci Solt-Leyk-Siti, üçüncü Kolumbusa verilib. Daha sonra Baltimor, Virciniya-Biç, Sietl San-Dieqo, Kanzas-Siti, Denver və İndianapolis gəlir.

Nyu-York, Tampa və Los-Anceles zombi-apokalipsislərdən müdafiəyə az şansı olan şəhərlərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO