Azərbaycanlı aktyor: “Dedi sən qızıyla sevişərsən, mən də dədəsiylə”x9d

Azərbaycanlı aktyor: “Dedi sən qızıyla sevişərsən, mən də dədəsiylə”x9d

Hazırda oxunan: Azərbaycanlı aktyor: “Dedi sən qızıyla sevişərsən, mən də dədəsiylə”x9d

99407
Musiqili Teatrın qocaman aktyoru Novruz Qartal keçmiş tərəf-müqabillərini yad edərək nostalji hisslərə qapılıb.
xa0
Publika.az-a danışan aktyor tez-tez onların xiffətini çəkdiyini dilə gətirib: “Hər dəfə səhnəyə çıxanda rəhmətə gedən həmkarlarımı xatırlayıb məyus oluram. Bir vaxtlar Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Lütfəli Abdullayev, Lütfiyyə Səfərova, Xanım Qafarova kimi dəyərli sənətkarlarla tərəf-müqabil olmuşam. Səhnədə onların yeri çox görünür. Rəhmətlik Nəsibə xanımla tərəf-müqabili olmaq hər aktyorun işi deyildi. Bir də görürdün qəfildən atmaca atır, hansı ki heç ssenraidə bu söz yoxdur. Aktyor özünü itirmədən onun sözünə dərhal cavab verməli idi. Yoxsa Nəsibə xanım əsəbiləşərdi. Mən onu bir baxışından anladığım üçün xatirimi çox istəyirdi”x9d.
xa0
Aktyor maraqlı bir xatirəni də bizimlə bölüşüb: "Səndən mənə yar olmaz”x9d tamaşasını təqdim edirdik. Nəsibə xanım orda bir çox improvizələr etdi. O, mənim qoca anamı oynayırdı. Tamaşa zamanı mən ona dedim ki, hazırlaş, sevdiyim qızı evimizə gətirəcəm. O qəfildən soruşdu ki, qızın dədəsi var? Bu söz mətndə yox idi?Özümü itirmədən cavab verdim ki, nəyinə lazımdır? Dedi ki, sən qızıyla sevişərsən, mən də dədəsiylə. Dedim ki, qoca arvadsan, ağzında dişin yoxdur, özünə ər axtarırsan? O da qayıtdı ki, bu saat dişlərimi çıxarıb soxaram gözünə. Nəsibə xanım hər tamaşada improvizələr edirdi ki, bu da tamaşanın dadını-duzunu artırırdı. İndi hanı elə sənətkarlar?”x9d
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO