Hacılarımızın daha bir qrupu Bakıya qayıdır

Hacılarımızın daha bir qrupu Bakıya qayıdır

Hazırda oxunan: Hacılarımızın daha bir qrupu Bakıya qayıdır

98185
Azərbaycanlı hacıların daha bir qrupu bu saatlarda Səudiyyə Ərəbistanından Bakıya yola düşüb.
 
Bunu Publika.az-a açıqlamasında Qafaqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti rəhbəri Rəhimə Dadaşova bildirib.
 
Onun sözlərinə görə hacıların səhhətində problem yoxdur. O qeyd edib ki, gecikmələr olduğu üçün hacılarımızın üçüncü qrupunun Bakıya nə vaxt yola düşəcəyi dəqiq məlum deyil.
 
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar yollanıb. Onlardan üçü dünyasını dəyişib. Hacılarımızın ilk qrupu dünən gecə saatlarında Bakıya dönüblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO