“Əslində bu qərar çoxdan qəbul olunmalıydı”x9d

“Əslində bu qərar çoxdan qəbul olunmalıydı”x9d

Hazırda oxunan: “Əslində bu qərar çoxdan qəbul olunmalıydı”x9d

88708
Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev təhsil naziri Mikayıl Cabbarovun mətbuata son müsahibəsində səsləndirdiyi bəzi fikiləri Moderator.az - a açıqlamasında şərh edib:

- Etibar müəllim, Dövlət Proqramı qarşıya qoyulan nəticələri verdimi?

- Proqramı əsasında xaricdə təhsil almağa göndərilən Azərbaycan vətəndaşları prioritet istiqamətlər üzrə göndərilirlər. Yəni o istiqamətlər üzrə göndərilirlər ki, həmin ixtisaslar üzrə Azərbaycanda mükəmməl və dövrün tələblərinə cavab verən mütəxəssis yetişdirmək qeyri - mümkündür. Bu ali məktəblərdəki təhsil haqları demək olar ki, 10 mindən başlayaraq 50 min, bəzən də bundan da artıq olur. Ona görə də dövlət proqramı ilə göndərilən Azərbaycan vətəndaşlarının qayıdıb ölkədə çalışmaları çox vacibdir. Onlarla bağlanılan müqavilədə də səhv etmirəmsə 5 il müddət nəzərdə tutulub ki, qayıdıb aldıqları ixtisaslar üzrə bu qədər ölkədə işləməlidirlər. Bunun ölkə üçün böyük əhəmiyyəti ola bilər. İKT, nanotexnologiya, fizikanın və ya tətbiqi riyaziyyatın bu və ya digər sahələrində hazırlanmış mütəxəssislərin qayıdıb ölkədə işləmələri olduqca önəmlidir. Burada əsas məqam ondan ibarətdir ki, çox vaxt həmin insanlar bəlli səbəblərə görə geri dönmək istəmirlər. Çünki Azərbaycandakı iş mühiti, yəni istər laboratoriyalardakı, istərsə də təşkilat və müəssisələrdəki istər əmək haqqı, istərsə də maddi - texniki təchizat baxımından real vəziyyət onların tələblərinə cavab vermir. Amma onların üzərinə böyük bir məsuliyyət də düşür və onlar bu məsuliyyəti anlayaraq özlərinin deyil, dövlətin maraqlarını əsas götürməlidirlər. Yəni bu kreativlik, yaradıcılıq məsələsidir. Mən hesab edirəm ki, bütün çətinliklərə baxmayaraq gənclərin bu ağır yükü üzərlərinə götürüb həmin ixtisasların ölkə üçün nə dərəcədə önəmli olmalarını nəzərə alaraq həmin istiqamətlər üzrə çalışmaları olduqca əhəmiyyət kəsb edir, bu təşəbbüskarlıqsa elmdə və təhsildə yeni istiqamətlərin yaranmasına səbəb ola bilər.xa0

- Nazir də etiraf edir ki, göndərilənlərin çoxu qayıtmır. Elə isə tutaq ki, onlar gedib Kanadada və ya Sinqapurda yüksək məvacibli iş tapırlarsa niyə dövlətin onlara xərclədiyi yüz minlərlə vəsaiti aldıqları əmək haqlarından hissə - hissə ödəmirlər?

- Səhv etmirəmsə müqvilədə belə nəzərdə tutulur ki, özü geri qayıtmayanda ona ödənilən vəsait geri qaytarılmalıdır. Yəni biri gedib xaricdə iş tapıb qalacaqsa, dövlətin ödədiyi vəsaiti geri qaytarmağa borcludur.xa0

- Görəsən bu günə qədər heç bu cür vəsait geri qaytaran olubmu?

- Məndə bu barədə informasiya yoxdur, sualınıza Təhsil Nazirliyi cavab verə bilər. Bilirsiniz, əslində həmin şəxslərin gedib xaricdə işləmələrinin Azərbaycan üçün heç bir əhəmiyyəti olmur. Onsuz da sizin dediyiniz kimi Kanadada və ya Sinqapurda bizim tələbələrin təhsil aldığı ixtisaslar üzrə kifayət qədər mütəxəssisləri var. Bu proqramın fəlsəfəsi ondan ibarətdir ki, həmin insanlar ölkəyə qayıtsınlar. Mən bir misal çəkim. Sənan Eminov adlı bir vətəndaşımız London İmperial Kollec-də Nobel mükafatı laureatı olan kimyaçılarla işləyərək alternativ enerji mənbələriylə bağlı doktorluq mərhələsini keçdi və xa0o qayıdıb gəldi Bakı Ali Neft Məktəbinə. Onu dərhal orda vəzifəyə qəbul etdilər və yəqin ki, ona əlavə olaraq fərqləndirici əmək haqqı da verilir. Həmin Eminovun özü sırf insan kapitalı sayılır. Yəni xaricdə təhsil alamğa göndərilənlər xüsusi istedada malik olanlar olmalıdır və onlar mütləq və mütləq heç olmasa müqavilə öhdəliklərinə hörmət əlaməti olaraq lap əziyyət çəksələr belə, 5 il vətəndə gəlib işləməlidirlər. xa0

- Nazir ödənişli əsaslarla təhsil alanlara da təqaüd veriləcəyini bildirib.

- Bunu Təhsil Nazirliyi tərəfindən atılmış mütərəqqi addım hesab etmək olar. Onsuz da Azərbaycanda təhsil alan tələbə kontingentinin 65 ”“ 70 %-i ödənişli əsaslarla təhsil alır. Demək olar ki, yalnız 30 faiz dövlət sifarişi əsasında tələbə kontingenti formalaşdırılır. Əgər tələbə min manatdan 4 min manata qədər illik təhsil haqqını ali məkətəbə ödəyirsə, nə üçün ona yüz manat məbləğində təqaüd verilməsin? Özü də bu yüz manatın özü belə stimullaşdırıcı rol oynaya bilər. Əslində bu qərar çoxdan qəbul olunmalıydı. Vaxtında bu ayrı - seçkiliyi aradan qaldırmaq lazım idi. Yəni bir tələbə əgər 4 il müddətində təhsil aldığı universitetə orta hesabla 10 - 15 min manat təhsil haqqı ödəyirsə onun müqabilində 2 - 3 min manat təqaüd vermək həmin ali məktəbi elə də gücə salmaz. Bu günə qədər ödənişli əsaslarla təhsil alan tələbələrin təqaüd almaması ayrı - seçkilik mühiti yaradıb və həmin tələbələrdə pessimist ovqat yaradır. Yeni qərar bunun aradan qaldırılmasına yardımçı ola bilər. xa0xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO