"Whatsapp" elə bir yenilik edir ki... ”” MÖHTƏŞƏM YENİLİK

Hazırda oxunan: "Whatsapp" elə bir yenilik edir ki... ”” MÖHTƏŞƏM YENİLİK

87048
"Whatsapp" üçün olacaq son yenilənmə ilə bundan sonra zənglər mobil internetinizi "yeməyəcək".

Ölkə.Az xəbər verir ki, "Whatsapp" son yenilənməsi (update) ilə zəng funksiyasında çox böyük yeniliyə imza atır. Bu yenilik hələ ki, sadəcə "Android" əməliyyat sistemli cihazlarda olacaq və ən qısa vaxtda "Google Play" üzərindən təqdim olunması gözlənilir.

"Whatsapp"a yeni əlavə olunan funksiya ilə səsli danışıqlar vaxtı istifadə olunan internet həcminın azaldılmasını hədəfləyən yenilənmə tətbiqetmə istifadəçilərinin şikayətindən sonra üzərində işlənməyə başlanmışdı. Belə ki, şirkət rəsmiləri verdikləri açıqlamada istifadəçilərin "Whatsapp" zənglərinin mobil operatorların zənglərindən bahaya başa gəldiyindən, buna səbəb də tətbiqetmə zənglərinin internet həcmini həddindən çox istifadə etməsindən irəli gəldiyi şikayətlərinin olduğunu bildirərək artıq bu problemin aradan qalxdığını və hətta başqa yenilənmələrin də üzərində işləndiklərini qeyd ediblər.

Bu yenilənmə artıq "söhbətlər"i bir müddət susdurma, bildirişlərin hansı vaxt görünəcəyini nizamlama kimi funksiyalara da imkan verir. Həmçinin yazışmanıza uzun toxunub onları "oxunmamış" olaraq işarə etmək mümkün olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO