Sosial şəbəkələrdə növbəti dəfə Azərbaycan ordusu ilə bağlı neqativ foto yayılıb.Əsgərlərdən biri digər əsgər yoldaşlarını soyunduraraq onların belinə "talış" sözü yazıb və “Odnaklasniki”x9d sosial şəbəkəsində paylaşıb. Şəkili paylaşan profilin adı rus dilində qeyd olunub “Nepokarimaya Serça”x9d (Ram olunmaz ürək) Moderator.az-a daxil olan məlumata görə, bu profilin sahibi və şəkili paylaşan şəxs hazırda N saylı hərbi hissədə xidmət çəkən əsgər Nicat Məmmədovdur. Fotonun bir neçə gün öncə cəkildiyi bildirilir.
Xəyal Əzizov



































































































