Bu gün “Meydan TV”x9dnin əməkdaşlarına Azərbaycanın sərhədini keçməyə icazə verilməyib.
“Qafqazinfo”x9dnun verdiyi xəbərə görə, bu barədə məlumatı televiziyanın icraçı direktoru Emin Milli yayıb.
O qeyd edib ki, bu gün “Meydan TV”x9dnin bir neçə jurnalisti Tiflisə getmək məqsədilə sərhədi keçmək istəyiblər, amma onlara icazə verilməyib: “Onlara bildirilib ki, ölkəni tərk etmələrinə rəsmi qadağa var. Əvvəlki olaylardan çıxış edərək düşünürük ki, hazırda Meydan TV-yə qarşı cinayət işi açılıb və istintaq gedir”x9d.




































































































