Şəxsiyyət vəsiqəsi ilə hansı ölkələrə səfər edə bilərik?  - Açıqlama

Şəxsiyyət vəsiqəsi ilə hansı ölkələrə səfər edə bilərik? - Açıqlama

Hazırda oxunan: Şəxsiyyət vəsiqəsi ilə hansı ölkələrə səfər edə bilərik? - Açıqlama

82373
Prezident İlham Əliyev dünən xarici ölkələrə səfərlə bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

 Moderator.az-ın məlumatına görə, millət vəkili Fazil Mustafa qafqazinfo-ya açıqlamasında bildirib ki, sərəncamda nəzərdə tutulan müqavilələrin bundan sonra imzalanması nəzərdə tutulur:

 “Hazırda heç bir ölkə ilə belə bir müqavilə bağlanmayıb. Bu dəyişiklik ilk olaraq MDB ölkələrinə tətbiq ediləcək. Ondan sonra hansı ölkələrlə ikitərəfli saziş imzalanarsa, onlara da şamil olunacaq”x9d. Deputat qeyd edib ki, ilk variantda viza tələbi olmayan ölkələr nəzərdən keçiriləcək: “Amma viza tələbi olan ölkələrlə də analoji müqavilə imzalana bilər. Türkiyə ilə aramızda viza tələbi var, əgər ikitərəfli müqavilə bağlanarsa, bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO