Vətən Müharibəsi şəhidinə 4 otaqlı mənzil verildi - FOTO

Hazırda oxunan: Vətən Müharibəsi şəhidinə 4 otaqlı mənzil verildi - FOTO

82054

Vətən Müharibəsi şəhidi, mayor Abakar Hacıyevin ailəsinə Bakının Suraxanı rayonunda 4 otaqlı mənzil verilib.

Bizim.Media-nın məlumatına görə, bu barədə Abakarın qaynanası Fatimət Bullayevaya Müdafiə Nazirliyindən məlumat verilib və ailə Bakıya dəvət edilib.

MÖVZU İLƏ BAĞLI:

Şəhid mayor Abakar Hacıyev doğum günündə belə anıldı - FOTO


Fatimət müəllimə deyir ki, Müdafiə Nazirliyinin  təlim-tədris mərkəzində şəhidin ailəsi qəbul edilib.

Orada Vətən Müharibəsinin mayor şəhidi Abakar Hacıyevi şəxsən tanıdıqlarından, igidliyindən danışılıb, böyük oğlu Hacıya mənzilin orderi təqdim edilib.

Xatırladaq ki, aprel ayının 11-də Abakarın doğum günündə ailənin Bakıda mənzilə ehtiyacı olduğu barədə "Bizim.Media" internet portalında yazı dərc edilib və müdafiə naziri Zakir Həsənova müraciət olunub. 

Ailə 4 otaqlı mənzilə görə dövlət başçısı İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova təşəkkürlərini çatdırıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO