Məşhur Balabəy müəllimin nahara qədər dərs dediyi məktəbdən son görüntülər- FOTO

Məşhur Balabəy müəllimin nahara qədər dərs dediyi məktəbdən son görüntülər- FOTO

Hazırda oxunan: Məşhur Balabəy müəllimin nahara qədər dərs dediyi məktəbdən son görüntülər- FOTO

79844
Moderator.az hərbi ekspert Üzeyir Cəfərovun statusunu təqdim edir:

"Dəyərli dostlar, hörmətli həmkarlar!!
Şəkildə gördüyünüz bu adı orta təhsil ocağı olan məktəb, (əgər buna məktəb demək mümkünsə), Lənkəranın məşhur Veravul kəndində ŞƏHİD Canəli Əzimovun adını daşıyan 2 saylı orta məktəbdir. Bu həmin məktəbdir ki, burada Milli Məclisin az qala "ömürlük" deputatlardan biri olan Hadı Rəcəblinin bizə "nümunə" gətirdiyi Balabəy müəllim nahara qədər dərs deyirdi, sonra isə bənnalıq edərək ailəsini dolandırıdı.
Dünən mətbuatda bir xəbərlə tanış oldum ki, Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli Səbayel rayon 6 nömrəli orta məktəbdə məzunlar üçün hazırlanmış “Son zəng”x9d tədbirində iştirak edib.(//modern.az/articles/78299/1/).  Necə deyərlər çox yaxşı, cöx gözəl. Nəzərə alsaq ki, hörmətli Hadı müəllimin nəvəsi bu müasir tələblərə cavab verən orta məktəbdə məzun olub, hardasa başa düşmək olur. Amma, məni bir dərd, problem uzun müddətdir ki, rahat buraxmır. Əslində burada mən öz sözlərimdən daha çox, doğulduğum Lənkəranın Veravul kəndinin ağsaqqallarının, çox hörmətli ziyalılarımızın və müəllimlərimizin xahişini və istəklərini dilə gətirirəm. Və çox istərdim ki, ölkə başçısı və Təhsil Nazirliyinin rəhbərliyi nəhayət ki, bu dözülməz mənzərəyə diqqət yetirsinlər. Şəhid adını daşıyan bu "müasir məktəbdə" dərs deyən və "təhsil alan" uşaqlara hörmət edilsin. İnanın ki, indi uzaq Afrika, dünyanın ən geridə qalmış ölkələrində belə məktəblərə rast gəlmək mümkün deyil. Amma, neçə on illiklərdir ki, Veravul kəndinin də daxil olduğu 74 saylı Lənkəran kənd Seçki Dairəsindən MM-də oturan Hadı Rəcəbli yoldaşımı deyim, cənabımı söyləyim, həmçinin Lənkəranın İcra başçısı Taleh Qaraşov və digərlərinə edilən saysız-hesabsız müraciətlər, xahişlər hələ də nəzərə alınmır və bizim sabahımız olmalı gənclərimiz bu cür "müasir məktəbdə" "dərs" alır, "elmin yüksəkliklərinə" yiyələnirlər. Qışda soyuqdan donan minlərlə şagird və müəllim kollektivi, yazda yağış sularından, yayda isə istidən zülmlər çəkirlər. Heç bir elementar şəraiti olmayan məktəbdə hansı bilik və ya elmə yetişmək olar? Əlbəttə ki, heç vaxt və heç yerdə.
Mənim 1970-80-ci illərdə vaxtıykən təhsil aldığım indi 1 saylı orta məktəb kimi adlanan təhsil ocağını ölkənin çox tanınmış ziyalıları, elm, mədəniyyət və din xadimləri bitirmişlər. Son on illiklər isə doğma kəndimizdən ali məktəblərə daxil olan şəxslərin sayı get-gedə azalır. Bunun ən başlıca səbəblərindən biri də, məhz belə "müasir tipli" orta təhsil ocağ(lar)ında alınan bilik və savaddır. Mən onu da gözəl anlayıram ki, deputat heç də yol çəkməli və ya məktəb tikintisi ilə məşğul olan adam deyil və onun işi qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsidir. Amma, seçildiyi dairənin vətəndaşlarının üzləşdiyi problem və qayğılarının aidiyyatı dövlət və hökumət yetkililərinə çatdırılmasını o həyata keçirə bilər və bu onun millət vəkili kimi ən vacib vəzifələrindən biridir.
Çox düşündüm, bu haqda fikirlərimi necə doğru-duzgün çatdırım ki, sabah məni ölkəmizdə aparılan çoxsaylı quruculuq, abadlıq və inkişaf işlərinə kölgə salan kimi qələmə verməyə çalışmasınlar. Amma, onu da çox gözəl anlayıram ki, bu acınacaqlı, real və ürək ağrıdan mənzərədən həm Prezident Adminstrasiyasında, həm Təhsil Nazirliyində xəbərləri yoxdur yəqin. Yox əgər olsaydı, yəqin ki, kimlərinsə vəziyyəti heç də ürək açan olmaz və onlar ən azından balaca da olsa bir tərpəniş göstərərdilər. Onu da bildirim ki, şəkildə gördüyünüz vəziyyət hələ "toya gediləsi" bir mənzərədir. Əgər "sinif otaqları"na baxsanız, vallah o "auditoriya və sinif adlanan, əslində heç adını belə tapmağa çətinlik çəkdiyim bir yerlərdə indi heç çox üzr istəyirəm kobud ifadəmə görə, mal-heyvanları belə saxlamaq olmaz. Üfunət, palçıq, toz, divarlardakı nəmişlik və onlarla digər ürək ağrıdan faktlar...
İnanmaq istərdim ki, bu acınacaqlı vəziyyətlə əlaqədar yaxın vaxtlarda həm Lənkəranən "tarixi" icra başçısı Taleh Qaraşov, həm Təhsil Naziri Mikayıl Cabbarov və digər əlaqədar cənablar və strukturlar məsələyə aydınlıq gətirəcək, minlərlə sakini olan tanınmış bir kəndin Şəhid adına layiq olmayan 2 saylı orta məktəbinin nə vaxt əsaslı və ya yeni binasının təmir-tikintisi ilə bağlı işlərin görüləcəyi ilə bağlı səslərini çıxaracaqlar. İnsanlar onlardan cavab gözləyirlər...
P.S. Hörmətli Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbliyə balaca bir xatırlatmam olacaq. 2015-ci ilin noyabr ayında ölkə parlamentinə növbəti seçkilər keçiriləcəkdir. Yəqin ki, Siz bu dəfə şəkildə gördüyümüz acınacaqlı 2 saylı orta məktəbin həyətində seçicilərlə görüşə gələcəksiniz. Amma, mənə maraqlıdır ki, bu dəfə siz hansı vədi və ya sözü verəcəksiniz??! Mənə elə gəlir ki, Siz bu dəfə yolunuzu ora salmasanız yaxşı olar. Əks halda, heç də xoşagəlməyən bir vəziyyətlə, mənzərə ilə üzləşəcəksiniz. Bunu sizə çatdırmağımı sizin adını "nümunə kimi çəkdiyiniz Balabəy müəllimin də hazırda yaşadığı, amma müəllimlik peşəsini atdığı Veravul kəndinin hörmətli ağsaqqalları və dəyərli ziyalılarımız, məktəb müəllimlərim xahiş ediblər. Məndən insanların narazılıq və narahatçılıqlarını Sizə, aiddiyyatı qurumlara və şəxslərə çatdırmaq idi ki, onu da etdim. Siz(lər)dən isə nəticə çıxartmaq qalır. Təki insanları razı sala biləcək bir müsbət qərar olsun."
Məşhur Balabəy müəllimin nahara qədər dərs dediyi məktəbdən son görüntülər- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5841.jpg">Məşhur Balabəy müəllimin nahara qədər dərs dediyi məktəbdən son görüntülər- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5842.jpg">Məşhur Balabəy müəllimin nahara qədər dərs dediyi məktəbdən son görüntülər- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5843.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO