Valideynlər tələb etdi: "Kurikulum DİM-dən alınsın" - VİDEO

Hazırda oxunan: Valideynlər tələb etdi: "Kurikulum DİM-dən alınsın" - VİDEO

79066

Ötən gün keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanlarında iştirak edən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin (DİM) qarşısında etiraz aksiyası keçirib. 

Bizim.Media xəbər verir ki, onlar bildiriblər ki, dörd il ərzində ingilis dili fənni tədris olunmasa da, imtahana salınıb.  

Etirazçılar dövlət attestasiya komissiyasına müraciət edərək bu tələbin aradan qaldırılmasını istəyirlər.
 

MÖVZU İLƏ BAĞLI:

DİM imtahan iştirakçılarından üzr istədi - Baş verən uyğunsuzluq…


Qeyd edək ki, ötən gün DİM tərəfindən keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanlarında istifadə olunan dinləmə mətnlərinin (monoloq və dialoq) səsləndirmə qurğusundakı ardıcıllığı (əvvəl monoloq, sonra dialoq) və onlara cavab vermək üçün kitabçada olan dinləmə mətnləri (əvvəl dialoq, sonra monoloq) üzrə sualların ardıcıllığı dəyişik verilmişdi. 

Qeyd olunan hal aşkar olunduqdan sonra bu uyğunsuzluq haqqında imtahan iştirakçılarına məlumat verilib və dinləmə mətnləri yenidən səsləndirilərək onlara kitabçada olan uyğun sualların (monoloq üzrə 6-10, dialoq üzrə 1-5) hansılarına bu mətn əsasında cavab vermək lazım olduğu bir daha izah olunub, həmçinin müəyyən vaxt itkisinə yol verildiyi üçün imtahanın müddəti əlavə olaraq 30 dəqiqə artırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO