Homofob saxtakarlar...

Homofob saxtakarlar...

Hazırda oxunan: Homofob saxtakarlar...

77160
Məlumunuzdur ki, təqribən bir il əvvəl “Günahdır səni sevmək”x9d adlı kitabım nəşr olundu. Kitabı “Qanun”x9d nəşriyyatında çap etdirdim. Hərçənd ki, ilk kitabım orda çap olunmamışdı. Amma mən “Qanun”x9d nəşriyyatını daha çox kitab təbliğatçısı, kitaba sırf gəlir mənbəyi kimi yanaşmayan, mövzulara sərhəd qoymayan, tolerant bir nəşriyyat kimi tanıdığım üçün ikinci kitabın qalmqallı mövzusunu da nəzərə alıb orda çap etdirdim. Bütün ümidlərim boşa çıxdı...
     
Kitabı “Qanun”x9d nəşriyyatına verməyimdən artıq 10 ay keçir. Mən isə bu 10 ay ərzində nəşriyyatın əməkdaşlıq etmədiyi, yəni özüm əməkdaşlıq etdiyim mağazalarda satılmış kitabların haqqını almışam. “Qanun”x9d nəşriyyatı isə indiyə qədər mənə cəmi 12 manat pul verib. Yəni 6 ədəd kitabın pulunu. 
     
Bu günə qədər çox insan mənə sosial şəbəkələrdə müraciət edib ki, kitabı heç bir mağazada tapa bilmirlər. Mən isə “Qanun”x9d nəşriyyatının əlaqə nömrəsini vermişəm ki, onlar kitabın harada satıldığını öyrənsinlər. Bu yaxınlarda eyni vəziyyət yarandı. Bir oxucu kitabı tapa bilmədiyindən gileyləndi. Mən də məlum nəşriyyatın nömrəsini verdim. Bu oxucu gedib nəşriyyatın özündən kitabı almışdı. Oxuduqdan sonra mənə təşəkkür məktubu yazdı və bildirdi ki, “Qanun”x9d nəşriyyatı əvvəlcə kitabın ümumiyyətlə bu nəşriyyatda nəşr olunmadığını deyib. Oxucu isə inad edib ki, o kitab burda nəşr olunub və müəllif deyir ki, nəşriyyatda var. Bir xeyli axtarışdan sonra kitabı tapıb gətiriblər. 
    
Bu hadisədən xəbər tutandan sonra nəşriyyatla əlaqə saxladım. Əvvəlcə bir xanım zəngimə cavab verib dedi ki, kitab satışdadır və satılır. Hansı mağazalarda satıldığını soruşdum və 20 dəqiqə sonra zəng edib həmin mağazaların siyahısını əldə edə biləcəyimi dedi. 20 dəqiqə sonra təkrar zəng etdim. Bir kişi cavab verib bildirdi ki, kitabı heç bir kitab mağazası qəbul etmir. Bu səbəbdən də kitab sadəcə nəşriyyatın özündə satılır. Soruşdum ki, qəbul etmirlərsə, niyə müəllifə bu barədə xəbər vermirsiz? Sualımı cavabsız qoydular. Daha sonra kitabları geri götürmək istədiyimi dedim. Hal-hazırda məşğul olduqlarını, buna vaxt ayıra bilməyəcəklərini dedilər.
    
Bütün bu baş verənlərdən sonra məndə bir neçə suallar yarandı. Necə olur ki, mən özüm mağazalarla əməkdaşlıq edirəm, kitabı götürürlər, satırlar və mən öz haqqımı da alıram? Amma nəşriyyat həmin kitabı təqdim edəndə heç bir kitab mağazası qəbul etmir? Yaxşı, bu mağazalar bu kitabı qəbul etmirlərsə, niyə qəbul etmirlər? Hansı qanunda yazılıb ki, homoseksual mövzuda yazılmış kitabların satışı qadağandır? 
   
Əslində isə bu sualların cavabı elə “Günahdır səni sevmək”x9d romanının özündə yer alıb. Romanda bir neçə kiçik səhnələr var ”“ Mövlanın atası ədəbiyyatşünas olur və homoseksuallıqla bağlı bir məqalə yazır. Öz əksər yazılarında “yuxarılara”x9d ilişən bu qələm sahibini işindən çıxarıb həmin homoseksuallıqla bağlı məqaləsini işdən çıxarma səbəbi kimi göstərirlər,  İlyas universitetdə homoseksuallıqla bağlı tədbir təşkil edəndə tələbə yoldaşları ona “petux”x9d deyib ələ salır, onunla məzələnir, dostluq etmirlər və s. 
    
Mən o romanda bizə yad bir mühiti, bizdən uzaq ölkəni təsvir etməmişəm. Azərbaycanı və Azərbaycan cəmiyyətini təsvir etmişəm. Mən heç bir ideologiyanı, heç bir məzhəbi, heç bir cərəyanı təbliğ və tərənnüm etməmişəm. Mən sadəcə hadisələri yazmışam və bu hadisələr hər gün Azərbaycanın dörd tərəfində yaşanan, bəzən gördüyümüz, bəzən xəbər portallarından oxuduğumuz, bəzən kiminsə dilindən eşitdiyimiz hadisələrdir. Bunun satışının qadağan olunması üçün hansı əsas var? Hansı qanun pozuntusu var? Hansı din və ya irq təhqir olunub? Hansı millətə qarşı nifrət qələmə alınıb? 
     
Oxuyanlar bilir ki, romanda bunların heç biri yoxdur. Əldə və ya dildə şüar edilən mənəvi dəyərlər, adət-ənənələr, milli mentalitetdirsə, bunların da heç bir hüquqi əsası yoxdur. Deməli, sizin bu kitabın satışını qadağan etməyə də heç bir hüquqi əsasınız yoxdur. Burdan bu nəticəyə gəlmək olar ki, siz saxtakarsınız. Özü də homofob saxtakar...!
     
Əslində homofoblar elə saxtakarlardır. Məhəllə tinlərində, çayxanalarda adam sındırmaqla, “razborka”x9d həll etməklə, geyləri “petux”x9d, lezbiyanları “pozğun”x9d hesab edib onları söymək və döymək, qarət etməklə məşğul olan “qaqaş”x9dlarımızın içində travestilərə 50 manat verib onların yatağında passiv rol oynayanları bilirsiz nə qədərdir? 
     
Üzdə kitab təbliği və maarifçiliklə məşğul olub bu məşğuliyyətinə şəxsi prinsipləri qatan, heç bir haqqı olmadan bir kitabın oxunmasına mane olan, ümumiyyətlə mühafizəkar cəmiyyətdə mənəvi məhkum həyatı yaşayan bir kütlənin azadlığına, maariflənməsinə qarşı çıxan nəşriyyatlar və kitab mağazaları da elə bu qəbildəndir...
                                                                                            
Orxan Bahadırsoy 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO