Ramazan ayının Qədr gecələrinin vaxtı açıqlandı

Ramazan ayının Qədr gecələrinin vaxtı açıqlandı

Hazırda oxunan: Ramazan ayının Qədr gecələrinin vaxtı açıqlandı

606472
Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə əsasən, martın 23-ü Ramazan ayının ilk gününə təsadüf edəcək.
 
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Ramazan ayının 18, 20 və 22-ci günləri Qədr gecələri qeyd olunacaq. Bu isə aprelin 9, 11 və 13-nə təsadüf edəcək.
 
QMİ sədri qeyd edib ki, Ramazan ayının 26-cı günü də Qədr gecəsi kimi qeyd edilir. Bu isə aprelin 17-də olacaq.
 
Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO