Azərbaycana gətirilən bananlar Ebola daşıyıcısıdır?

Azərbaycana gətirilən bananlar Ebola daşıyıcısıdır?

Hazırda oxunan: Azərbaycana gətirilən bananlar Ebola daşıyıcısıdır?

58672
“Həkim kimi onu məsləhət görmürəm”.

Ümumiyyətlə, banan uşaqlar üçün yararsızdır. Təəssüf ki, bu meyvə bir çox ailələrdə uşaqların əsas qidasına daxil edilib. O ki qaldı Ebola virusunun daşıyıcısı olmasına, bu barədə nə eşitmişəm, nə də məlumatım var. Bu ola da bilər, amma reallığını təsdiq edəcək faktla qarşılaşmamışam.

Moderator.az  xəbər verir ki, bunu Modern.az-a açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev bananın Ebola daşıyıcısı olması ehtimalına münasibət bildirərkən söyləyib.

Həkim iddia edib ki, bizim ölkəyə gətirilən bananları yetişməmiş palmalardan yığırlar, hansı ki, bu meyvələr dəmir kimi olur. 

“Kal-kal yığıb Azərbaycana gətirir, uzun müddət burda anbarlarda saxlayırlar, saralanda, yəni xarab olanda satışa çıxarırlar. Əslində banan palma ağacında yetişməlidir. Ağacda yetişdikdən sonra dərilən banan istifadəyə tam yararlıdır. Bizim iqlimlə, torpaqla uyğunlaşan qida olmadığından bananın Azərbaycanda istifadəsi də məqbul sayılmır. Bu meyvə isti iqlimi olan Afrika ölkələri üçün daha yararlıdır. Mən həkim kimi bananı Azərbaycanda uşaqlara məsləhət görmürəm”.

Qeyd edək ki, banan Ebola virusunun geniş yayıldığı Afrika və Cənubi Amerika ərazilərində yetişdiyindən, meyvənin bu qorxulu virusun daşıyıcısı ola biləcəyi ehtimalı irəli sürülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO