Bakı-Şamaxı yolunda ağır qəza olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax yolunun 108-ci kilometrliyində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü, Oğuz rayon sakini 49 yaşlı Dadaşov Seymur Tapdığ oğlu həmin yolda hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və avtomobil su kanalına aşıb.
Qəza nəticəsində sürücü Dadaşov Seymur Tapdıq oğlu və onun həyat yoldaşı, 45 yaşlı Dadaşova Səidə Zayəddin qızı müxtəlif bədən xəsarətləri alıblar.
Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu






































































































