Gədəbəydə DABAQ BƏLASI - May ayından yayılmağa başlayan xəstəlik təhlükəli HƏDDƏ ÇATDI – FOTO

Gədəbəydə DABAQ BƏLASI - May ayından yayılmağa başlayan xəstəlik təhlükəli HƏDDƏ ÇATDI – FOTO

Hazırda oxunan: Gədəbəydə DABAQ BƏLASI - May ayından yayılmağa başlayan xəstəlik təhlükəli HƏDDƏ ÇATDI – FOTO

576661

Gədəbəydə dabaq xəstəliyi may ayından yayılıb.

Bu barədə Bizim.Media-ya rayonun Çobankənd kəndinin sakinləri məlumat verib.

Bildiriblər ki, avqust ayında xəstəliyin yayılması bir qədər səngisə də, sentyabrdan etibarən yenidən mal-qara dabağa yoluxmağa başlayıb. Kənd sakinlərinin sözlərinə görə, kənddə sağlam heyvan tapmaq olduqca çətin məsələdir. Hər 3 danadan 2-si dabağa yoluxub. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərilib.

Qeyd edək ki, dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb.


Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO