Xəzər dənizində suyun səviyyəsi son 26 ildə 1.5 metr aşağı düşüb

Hazırda oxunan: Xəzər dənizində suyun səviyyəsi son 26 ildə 1.5 metr aşağı düşüb

43444

Xəzər dənizində son 1 ildə suyun səviyyəsi 5 santimetr, ötən 26 ildə isə 1.5 metr aşağı düşüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İranın Hidrometeoroloji Proqnozlar Təşkilatının Atmosfer və Okean Elmləri Mərkəzinin rəhbəri Behzad Layiqi yayıb.

Onun sözlərinə görə, Xəzər dənizində mövcud olan izləmə stansiyalarından əldə edilən məlumatlara əsasən, 1995-ci ildən etibarən dənizdə suyun səviyyəsi hər il təxminən 6 santimetr azalır. Bu isə o deməkdir ki, ötən 26 ildə dənizdə suyun səviyyəsi 1.5 metr aşağı düşüb.

Behzad Layiqi iddia edib ki, buna səbəb yağıntıların, eləcə də Xəzərin suyunun 85%-dən çoxunu təmin edən Volqa çayı və digər çaylardan su təminatının azalmasıdır.
 

O, sonda bildirib ki, suyun səviyyəsinin artırılması üçün dənizə alternativ mənbələrdən su təmin edilməsi kimi çıxış yolları effektiv olmayacaq. Dənizin suyunun artması yağıntının miqdarından asılıdır.


Qeyd edək ki, İran hökumətinin yarıtmaz ekoloji siyasətindən əziyyət çəkən təkcə Xəzər dənizi deyil, Güney Azərbaycanın təbiət incilərindən olan Urmiyyə gölü də bu yarıtmaz idarəetmənin qurbanlarından biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO