Kəramət Böyükçöl xəstəxanadan bu vəziyyətdə çıxarıldı - FOTO

Kəramət Böyükçöl xəstəxanadan bu vəziyyətdə çıxarıldı - FOTO

Hazırda oxunan: Kəramət Böyükçöl xəstəxanadan bu vəziyyətdə çıxarıldı - FOTO

43272

Oktyabrın 7-də  alkoqolizmdən müalicə almaq üçün Maştağa Narkoloji Dispanserə yerləşdirilən yazıçı jurnalist Kəramət Böyükçöl xəstəxanadan çıxıb. 

Yazıçının səhhəti ilə bağlı son vəziyyəti öyrənmək üçün özü ilə əlaqə saxlamağa çalışdıq, lakin telefonu bağlı olduğu üçün cəhdlərimiz alınmadı. 

Yazıçının atası, şair Qəşəm Nəcəfzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda Kəramət özünü çox yaxşı hiss edir.
 

MÖVZU İLƏ BAĞLI:

Kəramət Böyükçölün SON vəziyyəti: “Doğum günü üçün 3 tort sifariş etdik”


“İndi bu dəqiqə xəstəxananın həyətindən çıxırıq, müalicəsi bitdiyi üçün həkimlər məsləhət gördü ki, onu evə buraxsınlar. Hazırda o, özünü çox yaxşı hiss edir. Çünki həkimlərin dediyi bütün tövsiyyələrə vaxtında əməl edib. Özü də həyata çox ümidlidir”.

Q. Nəcəfzadə oğlu Kəramət Böyükçölün bundan sonra bir daha zərərli vərdişlərə aludə olmayacağına inandığını da bildirib:

“Özü də, biz də ümid edirik ki, bu vəziyyət bir daha təkrarlanmayacaq. Kəramət çox istedadlı bir gəncdir. İnşallah öz işləri ilə məşğul olacaq. Bütün onu tanıyanlar da ümid edir və düşünürəm ki, ümid edənlərin sayı çoxdursa, demək hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Kəramət Böyükçöl dəfələrlə müxtəlif xəstəxanalarda içki aludəçiliyindən müalicə alıb. Son olaraq o, Maştağa Narkoloji Dispanserə yerləşdirilib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO