Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə HƏBS EDİLDİ 

Hazırda oxunan: Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə HƏBS EDİLDİ 

42671

Ruhanilər Məclisinin üzvü, Maide.az saytının rəhbəri Sərdar Babayev dövlətə xəyanətə görə həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov jurnalistlərə verdiyi açıqlamasında bildirib. 

O bildirib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. O 2020-ci il fevralında azadlığa buraxılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO