ABŞ-dan Azərbaycan və Ermənistana çağırış

ABŞ-dan Azərbaycan və Ermənistana çağırış

Hazırda oxunan: ABŞ-dan Azərbaycan və Ermənistana çağırış

40331

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin tərəflərini zorakılıqdan qaçmağa və münaqişənin dinc yolla həlli istiqamətində səyləri davam etdirməyə çağırıb.

APA-nın xəbərinə görə, bunu Dövlət Departamentinin sözçüsünün müavini Mari Harf Vaşinqtonda keçirdiyi brifinqdə deyib. 
 
Təmas xəttindəki insidentlər barədə sualı cavablandıran M. Harf baş vermiş hadisə haqda ətraflı informasiyaya malik olmadığını söyləyib: “Biz tərəfləri zorakılıqdan çəkinməyə və sülh əldə olunması istiqamətində çalışmağa çağırırıq”. 
 
Xatırladaq ki, Ermənistan mediası yanvarın 19-20-də cəbhə xəttində toqquşma baş verdiyi və erməni tərəfinin itkilərə məruz q   aldığı haqda xəbərlər yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bu informasiyanı təkzib edib.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO