Qüdrət Həsənquliyev:“İndi kişiliyiniz çatsın, İrana etiraz edin”

Qüdrət Həsənquliyev:“İndi kişiliyiniz çatsın, İrana etiraz edin”

Hazırda oxunan: Qüdrət Həsənquliyev:“İndi kişiliyiniz çatsın, İrana etiraz edin”

36645

 Moderator.az-ın verdiyi xəbərə görə, Milli Məclisdəki büdcə müzakirələrində  çıxış edən deputat Qüdrət Həsənquliyev İranın sərhədi qapamasına diqqət çəkib və bun sərt etirazını bildirib. “Çox təəssüf ki, Aşura günü ərəfəsində özünü  müsəlman adlandıran İran Naxçıvanın yolunu bağlayıb.

Vaxtilə Yezid İmam Hüseyn tərəfdarlarını özünə  tabe etdirmək üçün onun suyunu kəsmişdi. İndi də İran Naxçıvan camaatının yolunu kəsib” deyən deputat məsələ ilə bağlı BMT, İslam Əməkdaşlıq Təşkilatına müraciət etməyi təklif etdi. Deputat 30 milyon cənublu soydaşlarımızın milli şüurunun zəif olması səbəbindən İrana təsir imkanlarının olmadığını vurğuladı. Bu mənada diasporun gücləndirilməsini təklif etdi. Amma Diaspor Komitəsinə cüzi vəsaitlə bu işin görülməsini mümkün saymadı: “Bu vəsaiti ən azı 10 dəfə qaldırmaq lazımdır”.  

Q. Həsənquliyev daha sonra sərt mesaj verib: “Mən İranın burdakı tör-töküntülərinə müraciət edirəm. Vaxtaşırı İsrailin bayrağını yandırırsınız. İndi kişiliyiniz çatsın, Naxçıvanın yolunu bağlayan İrana etiraz edin”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO