“Balaca bir qızın suda çapaladığını gördüm”  - 12 yaşlı xilaskar

“Balaca bir qızın suda çapaladığını gördüm” - 12 yaşlı xilaskar

Hazırda oxunan: “Balaca bir qızın suda çapaladığını gördüm” - 12 yaşlı xilaskar

273839
Xəbər verdiyimiz kimi, Quba rayon Cimi kəndinin VI sinif şagirdi Dəyanət İsrafilovun həmkəndlisi 4 yaşlı Qızbikəni çayda boğulmaqdan xilas etməsi böyük maraqla qarşılanıb.

Moderator.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları sözügedən kənddə olub və 12 yaşlı xilaskarı danışdırıb. D. İsrafilov qeyd edib ki, hadisə baş verən zaman çaya balıq tutmağa gedib: “Bu zaman balaca bir qızın suda çapaladığını gördüm. Onu sudan çıxartdım. Nənəsi dedi ki, yanında oğlan uşağı da olub. Həmin uşağı da yolun kənarından tapdılar. Qızın barmaqları göyərmişdi, yanaqları isə şişmişdi”.

Videoda Dəyanətlə yanaşı anası Balaxanım İsrafilova da sevincini bölüşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO