Sabah Fəxri xiyaban istiqamətində hərəkət məhdudlaşdırılacaq

Sabah Fəxri xiyaban istiqamətində hərəkət məhdudlaşdırılacaq

Hazırda oxunan: Sabah Fəxri xiyaban istiqamətində hərəkət məhdudlaşdırılacaq

270195
Hər il mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə ölkə əhalisi Fəxri xiyabanı ziyarət edir. Bununla əlaqədar olaraq, sabah Fəxri xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Moderator.azxa0 xəbər verir ki,xa0 bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.xa0
Səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Belə ki, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.
Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən, mənzil başına çatmaq üçün sürücülərə isə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO