Çexiyada ilk dəfə bu mövzuda Azərbaycanla bağlı tədbir keçiriləcək

Çexiyada ilk dəfə bu mövzuda Azərbaycanla bağlı tədbir keçiriləcək

Hazırda oxunan: Çexiyada ilk dəfə bu mövzuda Azərbaycanla bağlı tədbir keçiriləcək
269769
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Çexiyada ilk dəfə "Hərbi münaqişələrdən sonra qadınların cəmiyyətə inteqrasiyası" adlı Çexiya-Azərbaycan forumu keçiriləcək.

Son illər dünyada baş verən hərbi konfliktlər milyonlarla insanın həyatına son qoyub, onları yaşadıqları ərazilərdən köçməyə məcbur edib. Hərbi münaqişələrdən əziyyət çəkən qadın və uşaqların problemlərini müzakirə etmək üçün bir qrup çex və azərbaycanlı fəallar ictimayyətin diqqətini həm də bu problemlərə cəlb etmək üçün humanitar forum tipli tədbir keçirmək qərarına gəliblər.

Bu barədə Praqa Qadın Krizsiz Mərkəzinin həmsədri Zamiq Məmmədli məlumat verib.

"Müharibə hər zaman bizə "kişi" üzü ilə təqdim olunur, mühabirənin fəsadlarından danışarkən məsələnin bu tərəfi daha çox diqqəti cəlb edir. Ancaq unutmamalıyıq ki, münaqişələrin ən çox əziyyət çəkənləri, məhz müharibənin "qadın üzü“ və uşaqları olan qurbanları da var.

Çexiya, döyüş zonalarından olan qaçqınlara ev sahibliyi edən Avropa ölkələrindən biridir. Azərbaycan isə bir milyon qaçqın və məcburi köçkün olan, müharibə ilə üzləşən bir ölkədir.

Qaçqınlara, qadın və uşaqlara hansı formada kömək edilir? Qaçqınlarla işləyən təşkilatların hansı problemləri var? İnteqrassiya prossesində hansı problemlərlə qarşılaşırlar?

Bu və digər suallara Çexiya və Azərbaycan ekspertləri tərəfindən, Qarabağ münaqişəsi nümunəsində 15 may 2019-cu ildə Praqada keçiriləcək forumda cavab tapmağa çalışacağıq. Ekspertlərin qarşılıqlı təcrübə mübadiləsindən əlavə, tədbir çərçivəsində Azərbaycandan olan məktəbli uşaqların “Qarabağı necə görürəm?” adlı rəsm sərgisi də təşkil ediləcək”.

Elnur Eltürk
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO