"Mənim dost qazanan vaxtımdır..." -Rasim Balayev Şəfiqə Məmmədovadan üzr istədi

Hazırda oxunan: "Mənim dost qazanan vaxtımdır..." -Rasim Balayev Şəfiqə Məmmədovadan üzr istədi
262533
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bir neçə gündür saytlarda xalq artisti Rasim Balayevin əfsanəvi aktrisa, Respublika Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova haqda verdiyi açıqlama müzakirə olunur.

Rasim Balayev verdiyi açıqlamada Şəfiqə Məmmədovanı ağır formada təhqir etmiş, onun kinodan getdiyini bildirmişdi. Lakin bu əsasla bir çox sənətkarlar xalq artisti Şəfiqə Məmmədovanı dəstəkləmiş, Rasim Balayevin səhv etdiyini bildirmişdi. Rasim Balayevin verdiyi açıqlamaya isə qarşı tərəfdən reaksiya bildirimədi. Bu gün bizimyol.info Rasim Balayevlə əlaqə saxlayıb və ona “sizin verdiyiniz açıqlamaya baxmayaraq qarşı tərəfdən heç bir reaksiya verilmədi. Əvəzində bir çox sənətkarlar isə Şəfiqə Məmmədovanı dəstəklədi” deyə sual ünvanlayıb.xa0

Moderator.az xəbər verir ki, Xalq artisti açıqlamasında Şəfiqə Məmmədovadan üzr istədiyini açıqlayıb: “Xahiş edirəm bu məsələyə son qoyun. Mənim dost qazanan vaxtımdır, düşmən qazanan yox. Mən səhvimi başa düşdüm. Səhv eləmişəm, zəng etdim Şəfiqə Məmmədovadan üzr istədim. Ondan məni bağışlamasını istədim. Biz barışmışıq, xahiş edirəm bununla bağlı daha saytlar mənə zəng etməsinlər. Biz uzun illər bir yerdə işləmişik. Əsəbi vaxtıma düşüb, pis danışmışam. İnsanıq, səhv olur, əsas odur səhvi başa düşəsən”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO