Kiçik sahibkarlardan alınan vergilər ləğv olunur

Kiçik sahibkarlardan alınan vergilər ləğv olunur

Hazırda oxunan: Kiçik sahibkarlardan alınan vergilər ləğv olunur
247921
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mikro və kiçik sahibarlıq subyekti olan, müvafiq icra orqanından “Startap şəhadətnaməsi” alan hüquqi şəxslər şəhadətnamə aldığı tarixdən etibarən mənfəət vergisindən azad edilir.

xa0

Bu barədəxa0Moderator.az-a Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə bağlı danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

xa0

Deputat qeyd edib ki, Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərin bir hissəsi mikro və kiçik sahibkarlığın inkişafına dəstəklə bağlıdır:

“Startap adlandırdığımız, innovativ fəaliyyətlə məşğul olan mikro və orta sahibkarlıqdır. Bu meyardan olan sahibkarlığın inkişafı iqtisadiyyatda innovativ istiqamətlərin önə çəkilməsini labüd edir. Məcəlləyə ediləcək dəyişikliklərdə kiçik və orta sahibakarlığın inkişafı üzrə müvafiq dövlət orqanı startapların meyarlarını müəyyən edəcək və müvafiq şəhadətnamə verəcək. Bu şəhadətnamə alan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkarlar isə gəlir vergisidindən azad ediləcək”.

xa0

Onun sözlərinə görə, dəyişiklik növbəti ilin ilk günündən qüvvədə olacaq:

“Vergilər Məcəlləsinə ediləcək bu dəyişikliklər 1 yanvar 2019-cu ildən qüvvəyə minir və ilkin olaraq 3 il müddətinə nəzərdə tutulub”.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO