
- A-
- A
- A+
Sosial Müdafiə Nazirliyi əməkdaşlarının maaşları açıqlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatxa0işçilərinin vəzifə maaşları bəlli olub.
Moderator.azxa0nazirliyin rəsmi saytına istinadən xəbərxa0verir ki, aparat işçilərinin rəsmi maaşlarıxa0 30.04.2018-ci il tarixdən müəyyən edilib.xa0
Məlum olub ki, nazirliyin aparat rəhbərixa0Anar Əliyevxa01110 manat, onun müavinixa0Bəxtiyar Əzizovxa01035 manat, nazirin müşavirixa0Vüsal Nəsirlixa0805 manat, köməkçisi 805 manat maaş alır.
Eləcə də, nazirliyin təminedici şöbəsinin müdirinin aylıq əməkhaqqı 980, onun müavininin maaşı 845, yardımçı şöbənin müdirinin məvacibi isəxa0860 manat təşkil edir.xa0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları üzrə vəzifə maaşlarına gəlincə, onların əməkhaqlarıxa0da 05.04.2018-ci il tarixdən müəyyən olunub.xa0
Əhalisinin sayı 100 min nəfərdən çox olan rayonlarınxa0yerli oqranlarının direktor və rəislərixa0485 manat, Gəncə və Sumqayıt şəhər şöbələrinin direktorları və rəisləri 505, əhalisinin sayı 50-100 min nəfər olan rayonlardaxa0yerli orqanların direktor və rəisləri 475, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonların yerli orqanlarınınxa0direktor və rəisləri 460 manat məvacib alırlar.xa0
Qeyd edək ki, nazirliyin strukturunda ən aşağı məvacibi mütəxəssislər alır. Aparatda bu bölmə üzrə maaş 240-220, yerli orqanlarda 185-170 manat təşkil edir.xa0
Onu da qeyd edək ki,xa0 bu vəzifələr üzrə təyinatların əksəriyyəti yenidir.xa0O ki qaldı nazirin və müavinlərinin, eləcə də, şöbə rəhbərlərininxa0məvaciblərinə, onlar açıq deyil.xa0xa0


Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






















































































