Qaraçılar Azərbaycan cəmiyyətinə inteqrasiya olunub? 
 - MÖVQE

Qaraçılar Azərbaycan cəmiyyətinə inteqrasiya olunub? - MÖVQE

Hazırda oxunan: Qaraçılar Azərbaycan cəmiyyətinə inteqrasiya olunub? - MÖVQE

224006

Dünyadakı köçəri xalqlardan biri də Hind-Avropa mənşəyinə mənsub olan qaraçılardır. Qaraçılar Bolqarıstan, Moldova, Rusiya, Kosovo, Makedoniya kimi ölkələrdəxa0 daha sıx məskunlaşıblar. Azərbaycanda da bu etnik qrupa tez-tez rast gəlmək olur.

xa0

Qaraçılar Azərbaycanda əsasən Yevlax və Ağdaş rayonları ərazisində məskən salıblar. Əsas məşğuliyyətləri dilənçilik olan qaraçılarxa0 demək olar ki, bu işlə heç də az gəlir əldə etmirlər. Onların əksəriyyəti Azərbaycanda qeydiyyatsız, pasportsuz yaşayır. Azərbaycanda onlarınxa0 dəqiq sayı isə bilinmir. Hətta bəzilərinin uşaqlarıxa0 icbari təhsilə də cəlb olunmayıblar.

xa0

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, Yevlaxdan olan deputat İlham Məmmədovxa0Modern.az-axa0açıqlama verib.


İlham Məmmədov qaraçıların əksəriyyətinin təhsilə cəlb olunduğunu deyib.

xa0

“Onların bir çoxu Yevlaxda olan məktəblərdə təhsil alırlar. Mən Yevlax Təhsil şöbəsindən də bu məsələ ətrafında danışıqlar aparmışam. Onlar deyirlər ki, “biz qaraçıların böyük bir əksəriyyətini təhsilə cəlb etmişik”. Düzdür, içərilərində elələri də var ki, təhsildən yayınırlar. Buna da səbəb, onların özlərinə məxsus adət-ənənələrinin olmasıdır. Adət-ənənələri ilə əlaqədar təhsildən yayınma halları olarsa, aiddiyyatı orqanlardan onlara məktub göndərilir. Amma əksəriyyəti birinci sinifdən müəyyən yaş qrupuna kimi təhsil alırlar. Əvvəllər olan hallara indi az-az rast gəlinir. Hətta onların arasında yaxşı idmançılar da var. Bizim hər birimiz onlara kömək etməliyik ki, cəmiyyətə daha yaxşı inteqrasiya olunsunlar. Daha da həvəsləndirməliyik. Onda daha da yaxşı nəticələr əldə edə bilərik”.

xa0

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimlixa0isə bildirib ki, Sovet İttifaqının dövründə qaraçılar məcburi olaraq Ağsuda, Ağdaşda və Yevlaxda məskunlaşdırılıb.

“Onlar uşaqlarını məktəbə də qoymurlar. Onları diləndirirlər. Onların bu vərdişi peşəyə çevrilib. Onlar həmçinin uşaqlarını erkən nigaha girməyə məcbur edirlər. Hətta vətəndaşlığı belə almırlar. Hərbi xidmətə də getmirlər. Bəzən vətəndaşlıq mükəlləfiyyətləri belə daşımırlar.xa0 Hesab edirəm ki, buna yerində ciddi nəzarət etmək lazımdır”.xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO