Heydər Əliyevin Ermənistandakı ata ocağının yeni fotoları yayıldı - FOTO/VİDEO

Heydər Əliyevin Ermənistandakı ata ocağının yeni fotoları yayıldı - FOTO/VİDEO

Hazırda oxunan: Heydər Əliyevin Ermənistandakı ata ocağının yeni fotoları yayıldı - FOTO/VİDEO

216255
Şotland tədqiqatçı jurnalist Bredli Jardin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Ermənistandakı ata ocağının yeni görüntülərini paylaşıb.xa0

Moderator.az xəbər verir ki,xa0 Ermənistanı gəzən əcnəbi jurnalsit martın 3-də özünün “Tvitter” səhifəsində Heydər Əliyevin ata yurdu, hazırda “Tanaat” adlandırılmış Sisyan rayonunun Comərdli kəndininxa0 yeni fotolarınıxa0 yayıb. Onun sözlərinə görə, ayrıca fotoda göstərilən uçuq divarları qalmış ev mərhum prezidentin ata ocağı olub. Xatırladaq ki, Əlirza kişinin ailəsi 1925-ci ilədək, yəni oğlu Heydər Əliyevin 2 yaşı olanadək bu kənddə yaşayıb.


Şotland jurnalist yazır ki, kəndin erməni sakinlərinin sözlərinə görə, hərdən Naxçıvandan azərbaycanlılar hərbi sərhədi keçərək Comərdliyə ziyarətə gəlirlər.

Oxuculara daha əyani olmaq üçün Comərdli kəndinin “You Tube” kanalındakı 2012 və 2014-cü ilə aid video-görüntülərini də təqdim edirik.xa0

Sultan Laçınxa0xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO