QAT rəhbərliyi Gəncədə müşavirə keçirdi

QAT rəhbərliyi Gəncədə müşavirə keçirdi

Hazırda oxunan: QAT rəhbərliyi Gəncədə müşavirə keçirdi

208035
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Ali Məclisin sədri Barat İmani, İdarə Heyətinin üzvü Qələndər İsmayılov, Ali Məclisin üzvü Ramin Quliyevdən ibarət heyət bu gün Balakəndən sonra axşam saatlarında Gəncə şəhərində də zona müşavirəsi keçirib. Müşavirədə QAT-ın Gəncə, Goranboy, Naftalan, Samux şöbələrinin rəhbərləri və fəalları iştirak ediblər. Akif Nağı, Barat İmani, Qələndər İsmayılov müşavirə iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hazırkı vəziyətlə bağlı məlumat verib, sonra Qarabağ məsələsi ilə bağlı geniş müzakirələr keçirilib. Müzakirələrdə yerli şöbələrin təmsilçiləri Salman İmanlı, Səyyarə İsmayılova, Yusif Namazoğlu, İlham Xəlilov, Rəşad Əliyev, Emin Abbasov, Etibar Əhmədli, İmran Qasımov, Vaqif Əliyev, Mətləb Hüseynov və digərləri çıxış edərək təklif və münasibətlərini bildiriblər. Akif Nağı sonda xüsusi olaraq vurğulayıb ki, QAT-ın hər bir şöbəsi, hər bir üzvü Qarabağın azadlığı naminə fədakarlıqla çalışmalı və işğalçı Ermənistana qarşı azadlıq müharibəsinin başlamasına nail olmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO